Pxenyan Seulu hərbi zərbələrlə təhdid edib
27 May 2009 Çərşənbə 11:50
Şimali Koreya 1953–cü ildə imzalanan sülh müqaviləsinə əməl etməyəcəyini bildirib

Koreya Xalq Demokratik Respublikası  Cənubi Koreyanı hərbi zərbələrlə təhdid edib. Cənubi Koreyanın "Penxap" agentliyinin verdiyi məlumata görə, Seul kütləvi qırğın silahının yayılmasına qarşı mübarizə təşəbbüsünə qoşulduğuna görə, Şimali Koreya sülh müqaviləsinə əməl etməyəcəyini bildirib.

Hərbi idarənin nümayəndəndələri bildiriblər ki, Cənubi Koreyanin  KXDR -in gəmilərini saxlamaq və yoxlamaq cəhdlərinə qarşı hərbi addımlar atılacaq.

Qeyd edək ki, Cənubi Koreya bu təşəbbüsə qoşulmasını Pxenyanın nüvə sınağı keçirməsinə cavab olduğunu bildirib. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar