Pxençxan 2018-ci il Qış Olimpiadasının paytaxtı oldu
06 İyul 2011 Çərşənbə 21:42
Cənubi Koreya şəhəri 7 ildən sonra Qış Olimpiadasını keçirmək hüququ əldə edib.
Cənubi Koreyanın Pxençxan şəhəri 2018-ci ilin Qış Olimpiya oyunlarını keçirmək hüququ əldə edib. Bu barədə ANS PRESS Rusiyanın “RİA Novosti” agentliyinə istinadən xəbər verir.

Xatırladaq ki, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Jak Rogge 2018-ci ildə XXIII qış Oimpiya oyunlarına ev sahibliyi edəcək şəhəri bu gün açıqlayacaqdı. BOK-un Durbanda (CAR) keçirilən 123-cü sessiyasının iştirakçıları Almaniyanın Münhen, Fransanın Ansi və Cənubi Koreyanın Pxençxan şəhərləri arasında seçim etməli idilər.

Qeyd edək ki, əksər mütəxəssislər seçkidə artıq üçüncü dəfədir iştirak edən Pexnçxanı favorit hesab edirdilər. Cənubi Koreya tərəfinin müraciəti 2010 və 2014-cü il Olimpiya oyunlarının paytaxtı seçkisinin final mərhələsinə qədər irəliləyib. Lakin o əvvəlcə Kanadanın Vankuver şəhərinə üç səslə (56-53), sonra isə Rusiyanın Soçi şəhərinə dörd səslə (51-47) məğlub olub.

Pxençxanın isə əsas rəqibi Münhen idi. Həm Koreya, həm də Almaniyanın müraciətləri dövlət səviyyəsində dəstək və Olimpiadanın keçirilməsi üçün infrastrukturun mövcudluğu baxımından daha üstün idi. Əsas fərq ondan ibarət idi ki, Cənubi Koreya böyük qış oyunlarının təşkili məsələsində Almaniya qədər böyük təcrübəyə malik deyil. Bununla belə, Koreya əhalisi qış Olimpiya oyunlarının keçirilməsi ilə bağlı BOK-a edilmiş müraciəti dəstəkləsə də, almanlar və fransızlar Olimpiadanın keçirilməsinə qarşıdırlar. Onlar hesab edirlər ki, tədbirin keçirilməsi ekologiyaya ciddi ziyan vura bilər.

Daha öncə BOK prezidenti Jak Rogge bəyan etmişdi ki, 2018-ci il Olimpiadasının keçirilməsinə namizədlərdən heç birinin digərləri üzərində üstünlüyü yoxdur. Lakin BOK-un qiymətlərdirmə komissiyasının hesabatında Almaniya və Cənubi Koreya daha çox təqdir olunub. Fransa şəhərinin zəif tərəfi nəqliyyat və idmançıların yerləşdirilməsi idi. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar