Putinin seçkilərdə iştirakı gözlənilən idi
24 Sentyabr 2011 Şənbə 21:27
Rasim Musabəyov: “O, Medvedevə müvəqqəti olaraq bu vəzifəni tutmağa həvalə etmişdi”.
Rusiyada 2012-ci ildə keçiriləcək prezident seçkisində kimin əsas namizəd olacağı ilə bağlı sual öz cavabını tapıb. Rusiyanın hakim “Yedinaya Rossiya” Partiyasının bu gün Moskvada keçirilən qurultayında ölkə prezidenti Dmitri Medvedev 2012-ci ildə keçiriləcək prezident seçkisində hazırkı baş nazir Vladimir Putinə prezidentliyə namizədliyini irəli sürməyi təklif edib.

O bəyan edib ki, özü hökumətdə işləməyə hazırdır. Putin isə bu təklifi qəbul edib.

Siyasi şərhçi Rasim Musabəyov hesab edir ki, Dmitri Medvedivin heç bir siyasi resursu yox idi. Ona görə də Medvedevin müvəqqəti tutduğu prezident postunu yenidən Putinə ötürəcəyi gözlənilən idi.

Onun sözlərinə görə, bu qərarla, əslində, nümayiş olunurdu ki, Medvedevə müvəqqəti olaraq bu vəzifəni tumağa Vladimir Putin həvalə etmişdi: “O, lazımi konstitusiya dəyikşklikləri, prezident müddətinin uzadılmasını Putin üçün hazırlıq edib. İndi isə ona yenidən o vəzifəni təhvil verir”.

Politoloq gələnilki seçkidə Putinin prezident seçiləcəyi ehtimalını yüksək qiymətlədir.

Qeyd edək ki, əgər Vladimir Putin növbəti dəfə prezident seçilərsə, o, Stalindən sonra Sovet İttifaqından bəri Rusiya dövlətinə ən çox rəhbərlik edən ikinci şəxs olacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar