Putinin istefaya gedəcək?
21 Aprel 2010 Çərşənbə 16:40
Gennadi Züqanov: "Putinin dövründə Rusiyada milyarderlərin və yoxsulların sayı iki dəfə artıb".
“Rusiya Federasiyası hökumətinin həyata keçirdiyi radikal kurs dəyişməsə, onun istefası qaçılmaz olacaq”. Rusiya baş nazirinin Dövlət Dumasında çıxışından dərhal sonra ölkə kommunistlərinin lideri Gennadi Züqanov belə bir bəyanat verib. Gennadi Züqanov bildirib ki, dünyanın 20 inkişaf etmiş ölkəsi arasında Rusiya hələ də axırıncı yerdə qərarlaşıb.

Kommunistlərin liderinin sözlərinə görə, Putinin hakimiyyətdə olduğu müddətdə rusların nə orta yaş həddi, nə təhsili, nə də insan potensialı göstəricisi artıb.

"Putinin dövründə Rusiyada yalnız milyarderlərin və yoxsulların sayı iki dəfə artıb. Bu sonadək belə davam edərsə, hökumətin istefası qaçılmaz olacaq”, - deyə o qeyd edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar