Putinin iqamətgahında gürcü "Coca-Cola"sı tapılıb
14 Mart 2013 Cümə Axşamı 17:27
Məhsul "hər ehtimala qarşı" ekspertizaya göndərilib.
Rusiya prezidenti Vladimir Putinin iqamətgahına Gürcüstandan gətirilmiş “Coca-Cola” tapılıb. İçki hər ehtimala qarşı İstehlaka Nəzarət İdarəsinə ekspertizaya göndərilib. ANS PRESS-in gürcü mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. O bildirib ki, Rusiyada Gürcüstanda istehsal olunan məhsullara xəbərdarlıq yoxdur: “Amma bununla belə biz “hər ehtimala qarşı” bunu yoxlanmağa göndərdik”
Gürcüstandan gətirilmiş “Coca-Cola” prezidentin iqamətgahında mətbuat üçün nəzərdə tutulmuş otaqda jurnalistlər tərəfindən aşkar edilib.
Qeyd edək ki, artıq “Kindzmarauli”, “Sinandali” və “Borjomi”nin Rusiya bazarına qaytarılmasına imkan verilib.
DOSTLARINLA PAYLAŞ: