Putinin FİFA üzvləri ilə gizli görüşlər keçirib
06 Dekabr 2010 Bazar Ertəsi 10:25
Bu məlumatı RFİ-nin sabiq prezidenti Vyaçeslav Koloskov verib
Rusiya Futbol İttifaqının (RFİ) sabiq prezidenti Vyaçeslav Koloskov Rusiya Federasiyasının (RF) baş naziri Vladimir Putinin Dünya Çempionatı-2018-ın seçim kampaniyası zamanı FİFA İcraiyyə Komitəsinin üzvləri ilə gizli görüşlər keçirdiyini bildirib.
“Biz bu məlumatı sirr olaraq saxlayırdıq. Ancaq indi bu haqda hamıya məlumat vermək olar”, -deyə RFİ-nin sabiq prezidenti bildirib. Koloskov Putinin FİFA İcraiyyə Komitəsinin 22 üzvündən konkret kimlərlə görüşdüyünü və onlarla hansı məsələni müzakirə etdiyini açıqlamayıb. Bundan başqa Vyaçeslav Koloskov Rusiyanın Dünya Çempionatı-2018-in keçirilməsi hüququnu əldə etməsində RF prezidenti Dmitri Medvedyev və baş nazirin birinci müavini İqor Şuvalovun da əhəmiyyətli rol oynadığıını vurğulayıb.
Vyaçeslav Koloskov Rusiyanın Dünya Çempionatı-2018-in keçirilməsi hüququnu əldə etməsinin, FİFA-nın irimiqyaslı turnirlərin coğrafi sərhədlərini genişləndirmək siyasətinin nəticəsi olduğunu da etiraf edib.
Xatırladaq ki, Rusiya dekabrın 2-də FİFA-nın Sürixdə şəhərində keçirilən toplantısında rəqibləri İngiltərə, İspaniya-Portuqaliya və Belçika-Hollandiyanı üstələyərək Dünya Çempionatı-2018-i təşkil etməyə haqq qazanmışdı.
DOSTLARINLA PAYLAŞ: