Putinin adı axtarışda olan cinayətkarlar sıyahısına daxil edildi
11 Aprel 2013 Cümə Axşamı 13:42
Finlandiya polisinin səhvi beynəlxalq qalmaqala səbəb olub.
Finlinandiya polisi Vladimir Putini axtarışda olan cinayətkarlar sıyahısına daxil edib. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu səhv nəticəsində baş verib. Rusiya prezidentinin adı həmin siyahıdan artıq çıxarılıb. Faktla bağlı xidməti yoxlama başlanılıb.

Milli polis idarəsinin mətbuat-katibi Robin Lardot məsələyə aydınlıq gətirərək qeyd edib ki, insident əməkdaşlardan birinin "təsadüfi səhvi" ucbatından baş verib.

Rusiya dövlət başçısının həmin siyahıya daxil edilməsinin səbəblərinə gəldikdə isə qeyd etmək lazımdır ki, buna səbəb onun "Gecə qurdları" adlı Moskva baykerlər klubu ilə münasdibətləri olub. Belə ki, klubun bəzi üzvləri Finlandiya polisi tərəfindən müxtəlif qanun pozuntularına görə axtarışdadır. Finlandiyanın DİN rəhbəri artıq hadisə ilə bağlı Putindən üzr istəyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar