Putinin adamları Tiflisdə siyasətlə məşğul olacaq?
09 Fevral 2010 Çərşənbə Axşamı 19:55
Qonşu Gürcüstandan gələn xəbərlər təəccübləndirməkdə davam edir
Qonşu Gürcüstandan gələn xəbərlər təəccübləndirməkdə davam edir. Parlamentin sabiq spikeri Nino Burcanadzenin “Rezonansi” nəşrinə sensasion açıqlamasının ardınca daha bir şok məlumat yayılıb. Bu dəfə söhbət Gürcüstan ərazisində Rusiyada iqtidarda olan “Vahid Rusiya” partiyasının filialının fəaliyyət göstərməsindən gedir. Bəlli olduğu kimi, bu günlərdə Gürcüstanın sabiq baş naziri Zurab Noqaidelinin Moskvaya səfəri zamanı onun rəhbərlik etdiyi “Ədalətli Gürcüstan uğrunda” adlı partiya ilə “Vahid Rusiya” arasında razılaşma əldə olunub. Bunu şərh edən Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət naziri Temur Yakobaşvili bildirib ki, bundan sonra Gürcüstanda “Vahid Rusiya” partiyasının filialı qanuni şəkildə fəaliyyət göstərəcək.

“Bu fakt əlavə şərhə ehtiyac duymur. Belə çıxır ki, artıq Gürcüstanda “Vahid Rusiya” partiyası qanuni şəkildə fəaliyyət göstərəcək”, - deyə o vurğulayıb.

Şübhəsiz ki, Yakobaşvilinin bu şərhi istehzaya əsaslanır. Gürcüstanda heç bir halda xarici dövlətin siyasi partiyasının filialı fəaliyyət göstərə bilməz. Sadəcə olaraq gürcü naziri demək istəyir ki, Moskvada Noqaidelinin imzaladığı saziş “Ədalətli Gürcüstan uğrunda” partiyasının bundan sonra faktiki olaraq “Vahid Rusiya” partiyasının filialına çevriləcəyinə dəlalət edir.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar