Putinə sui-qəsd planının üstü açıldı
27 Fevral 2012 Bazar Ertəsi 11:47
Ukrayna və Rusiya xüsusi xidmət orqanları terror planı hazırlayan dəstə üzvlərini saxlayıb.
Ukrayna və Rusiyanın xüsusi xidmət orqanları Rusiyanın baş naziri və prezidentliyə namizəd Vladimir Putinə sui-qəsd planının üstünü açıblar. Sui-qəsdi hazırlayan dəstə üzvləri beynəlxalq axtarışda olub və bu ilin əvvəlində Ukraynanın Odessa şəhərində saxlanılıblar. Əldə edilmiş sübutlara və saxlanılanların ifadələrinə görə, Moskvada partlayışlara bir neçə həftə qalıbmış. Terror aktlarının Rusiyada keçiriləcək prezident seçkilərindən dərhal sonra həyata keçirilməsi planlaşdırılırmış.

Ukrayna xüsusi xidmət orqanları yanvarın əvvəllərində Odessada yaşayış evlərindən birində partlayış baş verdikdən sonra dəstə üzvlərinin izinə düşüb. Həmin evdə terrorçu olmaqda şübhəli bilinin şəxslər və partlayıcı qurğu hissələrinin aşkar edilməsi ilə Ukrayna xüsusi-xidmət orqanları rusiyalı həmkarlarını bu barədə məlumatlandırıb. Dəstə üzvlərinin yaşadığı evdə Vladimir Putinin avtomobil karvanının hərəkətini, cangüdənlərini əks etdirən videoyazılar da aşkar edilib.

Saxlanılan şəxslər Birləşmiş Ərəb Əmirliklərindən Türkiyə vasitəsilə Ukraynaya gəldiklərini və Şimali Qafqaz döyüşçülərinin lideri Doku Umarovun göstərişlərinə əsasən hərəkət etdiklərini etiraf ediblər. Hazırda Ukrayna və Rusiya xüsusi xidmət orqanları araşdırmalara davam edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar