Putin yenidən Rusiya prezident oldu
05 Mart 2012 Bazar Ertəsi 00:19
“Exit-poll” nəticələri ikinci tura ehtiyac olmadığını göstərir.
Ötən gün (4 mart) Rusiya Federasiyasında keçirilən prezident seçkilərinin ilkin nəticələri məlum olub. Rusiya KİV-lərinin yaydığı məlumata görə, “Vahid Rusiya” partiyasının lideri Vladimr Putin rəqiblərindən açıq fərqlə öndədir.

Rusiya Mərkəzi Seçki Komissiyası (MSK), səsvermənin ilkin nəticələrinə görə, “Vahid Rusiya” partiyasının lideri, Baş nazir Vladimir Putin 61,81 faiz, kommunistlərin lideri Gennadi Zyuqanov 17, 85 faiz, liberal-demokratların lideri Vladimir Jirinovski 8,1 faiz, bitərəf Mixail Proxorov 7,55 faiz, “Ədalətli Rusiya” partiyasından olan namizəd Sergey Mironov isə 3,67 faiz səs topladığını bildirib.

Qeyd edək ki, Rusiya qanunvericiliyinə görə, namizədlərdən heç biri ümumi səslərin 50 faizdən çoxunu toplaya bilməsə 2-ci tur seçki keçirilir. “Exit-poll” nəticələri isə buna ehtiyac olmadığını göstərir.

Xatırladaq ki, martın 4-də Rusiyada keçirilən prezident seçkilərində 5 namizəd mübarizə aparıb. Bunlar hakimiyyətin namizədi, indiki Baş nazir Vladimir Putin, Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski, Kommunist Partiyasının rəhbəri Gennadi Züqanov, "Ədalətli Rusiya" partiyasından Sergey Mironov və milyarder Mixail Proxorovdur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar