Putin yenidən prezident ola bilər
04 Mart 2011 Cümə 10:56
Baş nazirin BOK-a rəhbərlik etmək perspektivi yaranıb
Rusiya Federasiyasının baş naziri Vladimir Putin Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti seçilə bilər. ANS PRESS-in “Nezavisimaya qazeta”ya istinadən verdiyi məlumata görə, Putinə bu post ona Rusiya prezidentliyinə növbəti seçkilərdə namizədliyini irəli sürməyəcəyi təqdirdə təklif oluna bilər.

Vladimir Putinin BOK prezidentliyinə seçilmək məsələsi martın 9-da baş tutacaq Rusiya prezidenti Dmitri Medvedev və ABŞ-ın vitse-prezidenti Co Baydenin görüşündə müzakirə ediləcək.

“Nezavisimaya qazeta”nın iddiasına görə, Qərb Dmitri Medvedevin ikinci müddətə prezident seçkisi üçün öz namizədliyini təqdim etməsinin tərəfdarıdır. Putinin namizədliyi irəli sürməyəcəyi təqdirdə ona BOK rəhbəri vəzifəsi mükafat kimi təqdim ediləcək.

Xatırladaq ki, Vladimir Putin müstəqil Rusiya tarixində ikinci prezident olub. O, Boris Yeltsinin istefasından sonra onun səlahiyyətlərini 1999-cu ilin 31 dekabrından 2000-ci ilin 7 mayınadək icra edib. 2000-ci ilin 7 mayından 2008-ci ilin 7 mayınadək isə Rusiya prezidenti olub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar