Putin və Obamadan Tacikistana mesaj
10 Sentyabr 2013 Çərşənbə Axşamı 14:52
Rusiya və ABŞ İmomali Rəhmani müstəqillik günü münasibəti ilə təbrik ediblər.
Tacikistan dünən müstəqilliyinin 22-ci ildönümünü qeyd edib.

ANS PRESS-in Tacikistan mətbuatına istinadən verdiyi xəbərə görə, Rusiya prezidenti Vladimir Putin, ABŞ prezidenti Barak Obama, Çin, İran, Özbəkistan, Qazaxıstan, Əfqanıstan, Qırğızıstan, Türkmənistan və Almaniya dövlət başçıları Tacikistan prezidenti İmomali Rəhmana müstəqillik bayramı münasibətilə təbrik mesajları göndəriblər.

V.Putin öz mesajında, iki ölkə əlaqələrinin qarşılıqlı hörmət mühitində davam etdiyini bildirib. Putin ayrıca, MDB Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Avrasiya İqtisadi Birliyi və Şanxay Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq və bölgələr təşkilatlar çərçivəsində də əməkdaşlığın uğurla davam etdiyini deyib.

ABŞ prezidenti Barak Obama isə Tacikistan hökuməti ilə sıx tərəfdaşlıq etməkdən qürur duyduqlarını söyləyib. Obama, Tacik rəhbərliyinin Əfqanıstanda və bütün bölgədə təhlükəsizlik və sabitliyin bərpa edilməsində göstərdiyi dəstəklərini məmnun qaldıqlarını dilə gətirib.

Qeyd edək ki, Tacikistan 9 Sentyabr 1991-ci ildə Sovetlər Birliyindən ayrılaraq, müstəqilliyini elan edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar