Putin Ukraynaya gedir
26 Aprel 2010 Bazar Ertəsi 11:00
Rusiyanın baş naziri Vladimir Putin bu gün Ukraynaya təcili səfər edəcək. Səfərin ölkələr arasında imzalanan sazişlə bağlı olduğu bildirilir.
Rusiyanın baş naziri Vladimir Putin bu gün Ukraynaya təcili səfər edəcək. Baş nazirin bu işgüzar səfəri aprelin 21-də Rusiya və Ukrayna prezidentlərinin Xarkovda Rusiyanın Qara dəniz donanmasının daha 25 il müddətinə Ukraynada qalmasına dair saziş imzalamasından sonra baş tutacaq. Kütləvi informasiya vasitələrinin yazdığına görə, səfər məhz bu sazişlə bağlıdır.
Qeyd edək ki, bu saziş Ukraynada daxili siyasi vəziyyətin gərginləşməsinə səbəb olub. Saziş ratifikasiya üçün sabah Ali Radanın müzakirəsinə çıxarılacaq. Həmin gün müxalifət Ali Radanın binası qarşısında mitinq keçirmək, Parlamentdə isə səsverməni əngəlləmək niyyətindədir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: