Putin Ukraynanı 4 mərhələdə işğal edəcək
08 Aprel 2014 Çərşənbə Axşamı 17:33
Rusiya Ukraynanın şimal sərhədi boyunca 50 minlik 4 qoşun qrupu yerləşdirib.
Rusiyanın Ukrayna ilə bağlı həyat keçirdiyi planların fonunda may ayı rəsmi Kiyev üçün kritik dövr olacaq. ANS PRESS-in məlumatına görə, bu barədə Böyük Britaniyalı siyasi ekspertlər proqnoz verib.
Britaniyalı ekspertlərin sözlərinə görə, Rusiya Ukraynanın şimal sərhədi boyunca 50 minlik 4 qoşun qrupu yerləşdirib. Ekspertlərin fikrincə, Rusiya prezidenti Vladimir Putin Ukraynanı 4 mərhələdə ələ keçirməyi planlaşdırır.
Birinci mərələ: Rəsmi Moskva Ukraynaya qarşı güc tətbiq edərək Krım respublikasının Rusiyanın tərkibinə qatılmasını qəbul etdirəcək.
İkinci mərhələ: Ukraynanın cənub-şərqində qarşıdurmalar yaradacaq. Moskva Krım və Donetsk arasında xüsusi dəhlizin yaradılmasını təklif edəcək. Halbuki, bu, Donetskin ilhaqına xidmət edəcək.
Üçüncü mərhələ: “Ukraynada rusiyameyilli fəallar vasitəsilə qarşıdurmalar yaradılaraq Bosniya və Serbiya kimi ölkəni iki yerə böləcək”.
Dördüncü mərhələ: “Sonda Rusiya qoşunları strateji manevrlər həyata keçirərək Krım və Pridnostrovye dəhlizini yaradacaq”.
DOSTLARINLA PAYLAŞ: