Putin təəssüflənir
03 Avqust 2012 Cümə 16:15
Kofi Annanın vəzifəsindən getməsi Rusiya və Çində kədərlə qarşılanıb.
BMT və Ərəb Ölkələri Liqasının Suriya üzrə xüsusi səfiri Kofi Annanın öz postundan getmək qərarı Çin və Rusiyada təəssüflə qarşılanıb. Çinin Xarici İşlər Nazirliyinin bəyanatında Kofi Annanın sülh təşəbbüslərinin həmişə Çin tərəfindən dəstəkləndiyi bildirilir.
Rusiya prezidenti Vladimir Putin də BMT-nin sülh səfirinin getməsini təəssüflə qarşıladığını deyib. "Çox təəssüf edirəm. Kofi Annan çox hörmətli şəxsiyyət, möhtəşəm diplomat və çox vicdanlı adamdır. Ona görə də çox təəssüflənirəm. Lakin ümid edirəm ki, beynəlxalq ictimaiyyət onun zorakılığı dayandırmaq təşəbbüslərini davam etdirəcək", - deyə Vladimir Putin bildirib.
DOSTLARINLA PAYLAŞ: