Putin tatamiyə çıxdı
23 Dekabr 2010 Cümə Axşamı 14:20
Baş nazir idmançılarla birlikdə məşq edib
Rusiya Federasiyasının baş naziri Vladimir Putin Sankt-Pedterburq şəhərində “Moskovski” idman-sağlamlıq kompleksində olub. Baş nazir burada rusiyalı sambo, cüdo, sərbəst və yunan-Roma güləşi üzrə idmançılarla birlikdə məşq prosesində iştirak edib. Rusiya hökumət başçısı kimano geyinərək idmançılarla mübarizə aparmaqdan da çəkinməyib.
Putinin məşq etdiyi idmançılar arasında yunan-Roma güləşi üzrə dünya çempionları Aleksey Mişin və Aslanbek Xuştov, sambo üzdə dəfələrlə dünya çempionu olmuş Rais Rahmatullin də olub. Məşq prosesində Rusiyanın müxtəlif regionlardan ümumilikdə 22 idmançı iştirak edib. 40 dəqiqəlik məşq prosesindən sonra Putin samboçularla birlikdə qonşu tatamiyə keçib. Burada Putin məşqçinin tapşırıqlarını dinləyərək özü də bir neçə fəndi icra edib.
Xatırladaq ki, Vladimir Putin cüdo üzrə idman ustasıdır. 2008-ci “Cüdo Vladimir Putinlə birlikdə öyrənirik” filmi çəkilmişdi.
DOSTLARINLA PAYLAŞ: