Putin seyfini açmağa hazırdır
04 Mart 2010 Cümə Axşamı 20:05
Qərb təcili tədbirlər görməsə, Rusiya qarşısında məğlub duruma düşəcək.
Rusiya Gürcüstanın bütün siyasi qüvvələri ilə dialoqa hazırdır. Belə bir bəyanatla Rusiyanın baş naziri Vladimir Putin çıxış edib. Moskvada Gürcüstanın parlamentinin sabiq spikeri Nino Burcanadze ilə görüşən Putin "Vahid Rusiya" partiyasının Gürcüstanda fəaliyyət göstərən siyasi partiyalarla əlaqələri inkişaf etdirmək niyyətində olduğunu vurğulayıb. "Ümid edirəm ki, Rusiya ilə normal əlaqələr qurmaq istəyən insanlara arxalanaraq biz 2008-ci ilin avqust hadisələrindən öncə Rusiya ilə Gürjüstan arasında olan münasibətlərin səviyyəsinə qayıda biləcəyik", - deyə o Putin bildirib.
Öz növbəsində Nino Burcanadze iki ölkə arasında normal əlaqələrin qurulmasının rus və gürcü xaqlarının maraqlarına xidmət etdiyini bildirib.
Maraqlıdır ki, Burjanadzenin Moskvaya səfəri Gürcüstanda onun siyasətçi imicinə heç də müsbət təsir göstərməyib. Belə ki, bu gün onun ən yaxın iki silahdaşı "Demokratik hərəkat - vahid Gürcüstan" partiyasının sıralarını tərk edib. Eks-spikerin Rusiyaya səfərindən həmçinin Saakaşvilinin komandasının yararlanacını ehtimal etmək olar. Hər halda 2013-cü ildəki prezident seçkilərində Burcanadzeyə qarşı onun Putinlə görüşü faktından istifadə oluncağını gözləmək olar.
Putinin Moskvadakı bəyanatı həmçinin Qərb üçün ciddi siqnal olmalıdır. Gürcüstanın müxalifət liderlərinin Rusiya paytaxtına üz tutması heç də xoş hal deyil. Bu, prinsip etibarilə onu göstərir ki, Gürcüstanda artıq Qərbə inam azalır. Başqa sözlə, gürcü siyasətçiləri ölkədəki problemlərin açarının Vaşinqtonda ya Brüsseldə deyil, məhz Putinin seyfində yerləşdiyi anlayır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: