Putin Rusiyadakı meşə yanğınlarına dözmədi...
11 Avqust 2010 Çərşənbə 12:25
Baş nazir Putin vertolyotu birbaşa təbii fəlakət zonasına sürüb.
Rusiyada baş verən yanğınları nəzarət altına almaq müşkül məsələyə çevrilib. Onu da deyək ki, bu yanğınlar ölkə tarixində ən böyük təbii fəlakət hesab olunur. Yerli mətbuatın yazdığına görə, meşə və taxıl sahələrində baş verən genişmiqyaslı yanğınlar artıq siyasi mahiyyət kəsb etməyə başlayıb. Belə ki, 2006-cı ildən bu yana ilk dəfə baş nazir Vladimir Putinin reytinqinin 61 faizə düşdüyü bildirilir.

Bu səbəbdən baş nazir qollarını çırmayaraq birbaşa yanğın baş verən əraziyə gedib və təbii fəlakətin qarşısını almaq işinə qoşulub.

Putin 12 ton su tutumu olan Be-200 tipli yanğınsöndürmə helikopterində sükan arxasına oturub və paytaxt Moskvanın 200 kilometrliyində yerləşən Ryazan bölgəsinə uçub.

Baş nazir iki dəfə Oka çayından su doldurub və yanğınlar baş verən əraziyə boşaldıb.

Bu ərəfədə Rusiya mətbuatı yazır ki, günbəgün ölkədə balans pozulur. Onlarla adam dünyasını dəyişib, minlərcə adam evsiz qalıb. Yanğınla mübarizəyə on minlərlə hərbçi və yanğın söndürən cəlb edilib. Ancaq hələ də 500-dən artıq yanğın ocağı qalmaqdadır.

Yanğınların vurduğu zərərin 15 milyard dollar olduğu bildirilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar