Putin Moskva merinin istefasını qebul etdi
06 İyun 2013 Cümə Axşamı 06:29
Serqey Sobyanin yeni seçkilərədək bu vəzifəni icra edəcək.
Rusiya prezidenti Vladimir Putin Moskva meri Serqey Sobyaninin təklifi ilə şəhərdə növbədənkənar mer seçkilərinin keçirilməsinə razı olduğunu bəyan edib. "Russia Today" telekanalının məlumatına görə, Rusiya dövlət başçısı Serqey Sobyaninin istefa ərizəsini də qəbul edərək, onun istefası və müvəqqəti olaraq mer vəzifəsini icra etməsi barədə fərman imzalayıb. Eyni anda Moskva hökumətinin texniki istefası da baş tutub.

Rusiya qanununa görə, Moskva meri istefası dövlət başçısı qəbul edildikdən sonra şəhər administrasiyasının buraxıldığını elan edə bilər.

Növbədənkənar mer seçkilərinin vaxtı isə sabah təyin olunacaq, bundan sonra seçkiqabağı kampaniyaya rəsmi şəkildə start verilə bilər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar