Putin Medvedevə “başıxarab” dedi, aləm qarışdı
04 Oktyabr 2013 Cümə 23:01
Ali İqtisad Məktəbinin professoru Arktikanı Rusiyanın əlindən almağı təklif edib.
Rusiya Ali İqtisad Məktəbinin professoru Sergey Medvedev öz “Tvitter”ində Arktikanı Rusiyanın yurisdiksiyasından çıxararaq beynəlxalq birliyə verməyi təklif edib. ANS PRESS “MK”ya istinadən bildirir ki, bu, prezident Vladimir Putin özündən çıxarıb. Putin professoru “başıxarab” adlandırıb.
Bir neçə il Çukotkada yaşamış Sergey Medvedev isə öz fikrini sadə dillə izah edib: “Rusiya Arktikaya yaxşı heç nə gətirməyib və gətirməyəcək. Arktika dünya təbiət və mədəniyyət irsinin unikal və kövrək obyektidir”.
Onun sözlərinə görə, hələ SSRİ vaxtlarından region “neftlə kirlənmiş, radiasiyaya bulaşmış, tırtıllı təkərlərlə cırıq-cırıq edilmiş və milyonlarla boş dəmir çəlləklərlə çirklənmiş eksositemə” çevrilib.
DOSTLARINLA PAYLAŞ: