Putin İvanişviliye 2 milyard verib
22 İyul 2013 Bazar Ertəsi 11:41
Gürcüstan prezidenti bu barədə tələbələrlə görüş zamanı məlumat verib.
Gürcüstanın prezidenti Mixail Saakaşvili özünün Tiflisdəki qərərgahında tələbələrlə görüş keçirib. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Saakaşvili görüşdə bildirib ki, Putin Gürcüstanın baş naziri Bidzina İvanişviliyə 2 milyard dollar verib, buna görə də Gürcüstanı özünə güzəştə getməkdə borclu sayır.
Gürcüstan dövlət başçısının sözlərinə görə, oktyabr seçkilərindən sonra çoxları Gürcüstanın Rusiya ilə münasibətlərinin dəyişəcəyini gözləyirdi. Amma gördülər ki, Rusiya dəyişmir, ”Canavar elə canavardır” və bu Gürcüstan prezidenti üçün yenilik deyil.
Saakaşvili həmçinin əlavə edib ki, Rusiyanın güzəştləri altında “Gürcüstan prezidentinin hüquqi, siyasi və mənəvi cəhətdən məhvi” dayanır.
DOSTLARINLA PAYLAŞ: