Putin istefaya çağırılır
18 Mart 2010 Cümə Axşamı 19:25
Rusiyada baş nazir Putinin siyasətinə qarşı etiraz dalğası getdikcə güclənir
Rusiyada baş nazir Vladimir Putinin siyasətinə qarşı etiraz getdikcə güclənir. Artıq Putinin istefası ilə bağlı kütləvi etiraz aksiyalar geniş vüsət almaqdadır. Bu gün Ulan-Ude şəhərində "Yabloko", "Ədalətli Rusiya" və Kommunist Partiyasının nümayəndələri Putinin istefası tələbi ilə aksiya keçirib. Aksiya iştirakçıları Rusiya hökumətinin səriştəsiz siyasətinə son qoyulmasının vaxtının çatdığını bəyan edib. Putinin istefaya getməsini tələb edənlər həmçinin mənzil-kommunal təsərrüfatı xidmətləri ilə bağlı tariflərin aşağı salınmasını istəyib.
Aksiya təşkilatçıları onu da bildirib ki, bu cür aksiyalar gələcəkdə mütamadi keçiriləcək. Onların sözlərinə görə, bundan sonrakı mitinq və yürüşlər daha genişmiqyaslı olacaq.
Xəbərlərə görə, müxalifətçilərin növbəti aksiyası həftənin sonuna təsadüf edəcək. Həmçinin gələn həftə ərzində bir neçə aksiyanın keçirilməsi nəzərdə tutulur. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: