Putin FİFA-nın tədbirinə niyə qatılmayacaq?
01 Dekabr 2010 Çərşənbə 17:30
Rusiya baş naziri FİFA prezidenti Yozef Blatteri bu haqda məlumatlandırıb
Rusiya Federasiyasının baş naziri Vladimir Putin hökumətin iclasında FİFA-nın Sürix şəhərində baş tutacaq iclasında iştirak etməyəcəyini açıqlayıb. Həmin toplantıda 2018-ci il Dünya çempionatının keçiriləcəyi ölkə müəyyənləşdiriləcək.

Putin FİFA-nın toplantısına qatılmamaq qərarını Ali Futbol Qurumunun qərarına təsir etmək istəməməsi kimi izah edib. Məlumata görə, Rusiya baş naziri FİFA prezidenti Yozef Blatterlə əlaqə saxlayaraq onu tədbirə qatılmayacağı ilə bağlı məlumatlandırıb.

Xatırladaq ki, 2018-ci il Dünya çempionatını təşkil etmək üçün Rusiya ilə yanaşı İngiltərə, İspaniya Portuqaliya ilə birlikdə, Belçika isə Hollandiya ilə birlikdə mübarizə aparır. 2018-ci il futbol üzrə Dünya çempionatının hansı ölkədə təşkil ediləcəyinin sabah elan ediləcəyi gözlənilir.



DOSTLARINLA PAYLAŞ:

oyunlar