Putin Ermənistana niyə getmir?
13 Oktyabr 2012 Şənbə 01:53
Rusiyalı politoloq: O, İrəvana səfəri ilə bölgədəki gərginliyi artırmaq istəmədi.
Rusiya prezidenti Vladimir Putinin Ermənistana səfəri gündəlikdə qalır, məsələ müzakirə edilir. ANS PRESS-in məlumatına görə, bunu News.am-a MDB ölkələri İnstitutunun direktoru Konstantin Zatulin deyib. Qeyd edək ki, Vladimir Putinin Ermənistana səfər edəcəyini bu ilin yayında İrəvanda Konstantin Zatulin demişdi. Qeyri-rəsmi məlumatlara görə, səfər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (ODKB) təlimləri çərçivəsində sentyabrın əvvəllərində baş tutmalıydı. Lakin indi oktyabrın ortalarıdır və Vladimir Putin hələ də İrəvana getməyib.
Rusiyalı politoloq Konstantin Zatulin xatırladıb ki, KTMT-nin təlimləri təxirə salınıb. Onun sözlərinə görə, adətən, səfərlər qrafikin sıxlığı ilə əlaqədar başqa vaxta keçirilir. Lakin Vladimir Putinin səfərinin baş tutmaması bununla bağlı deyil. Politoloqun fikrincə, bu, bölgədəki qeyri-müəyyən vəziyyətlə bağlı ola bilər. Onun sözlərinə görə, Ramil Səfərovun ekstradisiyası və əfvindən sonra yaranmış vəziyyətin Vladimir Putinin İrəvana səfərinə təsiri mümkündür: “Vladimir Putin İrəvana səfəri ilə gərginliyi artırmaq istəmədi”. Konstantin Zatulin qeyd edib ki, səfərin dəqiq tarixi hələ məlum deyil.
DOSTLARINLA PAYLAŞ: