Putin Con Kerrini yalançı adlandırdı
05 Sentyabr 2013 Cümə Axşamı 07:38
Amerika hökuməti Suriyada, əslində, kimin terror törətdiyini bilir.
Rusiya prezidenti Vladimir Putin Amerika Birləşmiş Ştatlarının dövlət katibi Con Kerini yalan danışmaqda ittiham edib. Moskvada keçirilən İnsan Haqları Şurasının iclasında çıxışı zamanı Putin bildirib ki, Amerika hökuməti Suriyada, əslində, kimin terror törətdiyini bilir.

"Mən Konqresdəki debatı izləmişəm. Debat zamanı konqresmenlərdən biri Keriyə belə bir sual verdi. Suriyada əl-Qaidə terror təşkilatının silahlıları fəaliyyət göstərirmi? Keri cavabında Əl-Qaidənin orada olmadığını bildirdi. Bu doğru deyil. Suriyada, üsyançılar, əsasən, əl-Nüsrə terror qrupunda birləşiblər. Bu isə, məlum olduğu kimi Əl-Qaidənin bir qoludur. Keri bunu çox gözəl bilir. Onu bu sözləri deyərkən görmək mənə xoş deyildi. Biz onların hörmətli insanlar olduğunu düşündüyümüz onlarla əməkdaşlıq edirik əlaqələr qururuq. Ancaq Keri açıq-aşkar yalan danışır və özü də yalan danışdığını bilir. Heç bir məclisin Suriyaya hərbi müdaxilə edilməsi üçün qərar verməyə hüququ yoxdur. Konqres belə bir addım atarsa, əslində hücum əmri vermiş olacaq. Burada özünü müdafiə faktı olmadığı halda Amerika Birləşmiş Millət Təşkilatının təhlükəsizlik şurasına məhəl qoymur" - deyə Putin fikrini ifadə edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar