Putin “AST Telman”a çağırış etdi
03 Dekabr 2009 Cümə Axşamı 23:05
“Türkiyədə yox, Rusiyada otel inşa etdirmək daha yaxşı olardı”.
Rusiyanın baş naziri Vladimir Putin azərbaycanıl iş adamı Telman İsmayılovun Türkiyəyə sərmayə qoymasına münasibət bildirib. O deyib ki, fəaliyyəti dayandırılmış Çerkizov bazarının sahibini Türkiyədə yox, Soçidə olimpiya otellərinin tikintisinə sərmayə qoymağa çağırıb.

Vladimir Putin Telman İsmayılovun Türkiyədə yeddiulduzlu “Mardan Palas” oteli inşa etdirməsini belə dəyərləndirib: “Mən burada kriminal görmürəm. Məsələ yalnız hər şeyin qanun çərçivəsində edilməsindədir. İkincisi, əgər investisiyalar üçün vəsait varsa, bunu Rusiya Federasiyasında reallaşdırmaq daha yaxşı olardı. Məsələn, Soçidə 2014-cü il Olimpiadası çərçivəsində mehmanxana komplekslərinin tikintisinə vəsait qoymaq olardı”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar