Putin amerikalı senatorla mübahisə etməyəcək
19 Sentyabr 2013 Cümə Axşamı 15:01
Amerikalı senator Con Makkeyn Rusiya hakimiyyətini sərt tənqid edib.
"Rusiya prezidenti Vladimir Putin amerikalı senator Con Makkeynlə mübahisəyə girmək niyyətində deyil".
ANS PRESS-in məlumatına görə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bunu, "Pravda" qəzetinə müsahibəsində "New-York Times" qəzetində gedən məqaləyə cavab olaraq bildirib.
Putinin hələ də adı çəkilən məqaləni oxumadığını deyən Peskov, Kremldə Makkeynin mövqeyinə hörmətlə yanaşıldığını bildirib. O, amerikalılara Rusiya xalqına məsləhətlər verməməyi xahiş edib.
Qeyd edək ki, Con Makkeyn, ABŞ konqressində Rusiyaya qarşı ən qəzəbli tənqidçilərindən biri kimi tanınır. O, "New-York Times" qəzetində yazdığı məqaləsində Rusiya hakimiyyətinin apardığı daxili siyasəti sərt tənqid edib və rusların ən yaxşı hökmdara layiq olduqlarını deyib.
DOSTLARINLA PAYLAŞ: