Vladimir Putin həyat yoldaşı ilə baletə tamaşa edib.
Vladimir Putin və şəyat yoldaşı Lüdmila Putina boşandıqlarını rəsmən elan ediblər. Onlar bu bəyanatdan əvvəl birlikdə “Esmeralda” baletinə tamaşa ediblər.
Vladimir Putin və Lüdmila Putina təxminən 30 il əvvəl ailə qurmuşdular. Onların toyu 28 may 1983-cü ildə olub. Putinlərin iki qızı var: Mariya 1985-ci ildə, Yekaterina isə bir il sonra dünyaya gəlib. Yüksək dövlət vəzifələri tutan Vladimir Putin şəxsi həyatını açıqlamamağa üstünlük verib. O, jurnalistlərin bu mövzuda suallarını həvəssiz və qısa cavablandırırdı.