Rusiya Federasiyasının baş naziri Vladimir Putin sabah 12-də Abxaziyaya səfər etmək niyyətindədir. ANS PRESS-in “Online Georgia”ya istinadən yaydığı xəbərə görə, bu barədə Rusiyanın hökumət aparatına yaxın mənbə məlumat verib.
Məlumatda bildirilir ki, səfərin gündəliyinə Rusiyanın tanınmamış respublikaya sosial-iqtisadi yardım göstərməsi daxildir. Abxaziyaya kreditin ayrılacağı ehtimal olunur. Məbləğ hələ ki, açıqlanmır.
Xatırladaq ki, ötən ayın 13-də Rusiya prezidenti Dmitri Medvedev digər qondarma respublikaya - Cənubi Osetiyaya səfər edib. Bu səfər Qərb ölkələri tərəfindən mənfi qarşılanmışdı. /ANS PRESS/