Putin ABŞ-da ifşa olunmuş Rusiya casusları ilə mahnı oxuyub
25 İyul 2010 Bazar 00:20
Rusiyanın baş naziri Amerikadan deportasiya edilən kəşfiyyatçılarla görüşüb.
Ukraynada səfərdə olan Rusiyanın baş naziri Vladimir Putin ABŞ-dan deportasiya edilmiş Rusiya kəşfiyyatçıları ilə görüşüb. Bunu baş nazirin özü jurnalistlərə açıqlamasında deyib: “Mən onlarla görüşdüm. Biz onlarla həyat barədə danışdıq”.
Vladimir Putin, jurnalistlərin onun doğrudanmış kəşfiyyatçılarla karaokedə mahnı oxuyub-oxumaması barədə sualına belə cavab verib: “Oxuduq.Amma karaokedə yox, canlı musiqi ilə. “Vətən nədən başlayır? (“S çeqo naçinaetsya Rodina?”) mahnısını oxuduq”. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: