Pulsuz miqrantların Rusiyaya girişi qadağan edilə bilər
14 Sentyabr 2013 Şənbə 06:07
Sankt-Peterbuqun qanunvericilik orqanının deputatları Dövlət Dumasına miqrantlarla bağlı yeni qanun layihəsi təqdim edib.
Rusiya Dövlət Dumasına miqrantlarla bağlı yeni qanun layihəsi təqdim olunub. “RİA Novosti”nin məlumatına görə, Sankt-Peterbuqun qanunvericilik orqanının deputatlarının təklif etdiyi layihəyə qanuna görə, Rusiya ilə gedişi vizasız olan ölkələrin vətəndaşları bu ölkəgə gələrkən müəyyən məbləğdə pulları olmalıdır. Bu məbləğ isə yaşayış minimumunun altı mislidir.
Hazırda yaşayış minumumu 6131 rubldur. Bunun altı qatı isə 36 min rubldan çoxdur.
Bu məbləğ Rusiya Federasiyasında olan, əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin bank hesabında olmalıdır. Əcnəbi bu pulun olmasına dair sənəd təqdim etməlidir.
DOSTLARINLA PAYLAŞ: