Pulsuz evlər paylanacaq
21 Yanvar 2013 Bazar Ertəsi 17:54
Gürcüstanda 300 qaçqın ailəsi dövlət tərəfindən yaşayış sahəsi ilə təmin olunacaq
Gürcüstan hökumətinin qərarı ilə 300 qaçqın ailəsi dövlət tərəfindən yaşayış sahəsi ilə təmin olunacaq. ANS PRESS-in yerli mətbuata istinadən verdiyi məlumata görə, bunun müqabilində hər ailə dövlətin hesabına 1 lari (0,50 AZN) pul köçürəcək.

Gürcüstan hökumətinin iclası bitdikdən sonra qaçqınların işləri üzrə nazir David Daraxvelidze bildirib ki, proseslə bağlı hüquqi məsələlər 1 aya davam edəcək. Qaçqınların yaşayış şəraitinə gəldikdə isə Daraxvelidze deyib ki, yaradılacaq xüsus qrup onların durumunu araşdıracaq.

Qaçqınlara veriləcək mənzillər ölkənin ayrı-ayrı şəhərlərində yerləşir.



DOSTLARINLA PAYLAŞ:

oyunlar