Professor yol polisini yolla sürüdü
24 May 2010 Bazar Ertəsi 17:55
Professor yol polisini yolla sürüdü. Ondan sənədlərini göstərməsini istəyiblər.
Rusiyanın Başqırdıstan respublikasında 76 yaşlı professor dövlət avtomobil müfəttişini 15 metr məsəfadə yolla sürüyüb. Doğulduğu kənddən qayıdan Əhməd Rəhimov adlı professoru saxlayan müfəttişlər ondan sənədlərini təqdim etməsini xahiş ediblər.
“Mən akademikəm, sizə heç nə göstərməyəcəm”,-deyən qoca “Volqa”sını işə salaraq uzaqlaşmaq istəyib. Yaşlı sürücü bu zaman avtomobilin bamperindən (arxa qoruyucu) tutaraq onu saxlamağa cəhd edən yol patrul xidməti əməkdaşını təqribən 15 metr məsafədə sürüyüb. Avtomobilin qarşısını irəlidə dayanan patrul maşını kəsdikdən sonra onu saxlamaq mümkün olub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: