NATO-ya çoxlu problemləri olan Gürcüstan lazım deyil. ANS PRESS-in "BBC"yə istinadən verdiyi xəbərə görə, bunu rus telekanallarından birinə müsahibəsində Gürcüstanın NATO-ya üzv olmaq istəyini şərh edən Rusiya prezidenti Dmitri Medvedev söyləyib.
Rusiya prezidenti həmçinin bildirib ki, Ukrayna vətəndaşları da öz ölkələrinin NATO-ya üzv olmasına qarşı çıxa bilər. Ona görə də Medvedev hesab edir ki, NATO-ya üzv olub-olmamaq məsələsi Ukraynada mütləq referendum yolu ilə müəyyənləşdirilməlidir.
«Biz bu və yaxud digər dövlətlərin hərbi-siyasi alyanslara xalqın iradəsi nəzərə alınmadan üzv olmalarını düzgün hesab etmirik», - deyə Medvedev söyləyib. /ANS PRESS/