Prezidentlər Yeni ili harada keçirəcəklər?
28 Dekabr 2010 Çərşənbə Axşamı 11:05
Siyasətçilər əsasən ərəb ölkələrinə üstünlük verirlər
Dövlət başçıları Yeni ili harada keçirəcəklər? ANS PRESS “RBK Daily”yə istinadən yazır ki, Mərakeş, Misir və Havay adaları hazırki Milad tətillərində Qərb dövlətlərinin liderləri üçün daha cəlbedici regionlardır.

Məlumata görə, ötən həftə Fransa prezidenti Nikola Sarkozinin ailəsi Mərakeşin qədim paytaxtı Mərakeşə yollanıb. Məlum olub ki, bir çox aparıcı fransız siyasətçiləri qış tətillərini bu ölkədə keçirirlər. Məsələn, Fransanın keçmiş prezidenti Jak Şirak da Milad tətillərini burada keçirir.

ABŞ prezidenti Barak Obama isə Milad günlərində həyat yoldaşı, uşaqları və sevimli iti ilə birlikdə ongünlüyünə Havay adalarına yollanıb. O, bu adalardan birində böyüyüb və burada hələ də, qohumları yaşayır.

Bir çox alman siyasətçiləri də isti və dənizin xeyrinə seçim edib. Ölkənin vitse-kansleri Qido Vestervelle Misirə yollanıb. Kansler Angela Merkel isə Alp dağlarında xizək sürmək üçün İsveçrəyə üz tutub.

Digər siyasətçilər isə evlərindən uzağa getməyi planlaşdırmırlar. İspaniya prezidenti Xose Luis Rodriqes Sapatero Miladı Madrid şəhərində ailəsinin yanında qeyd edib və elə burada da Yeni ili qarşılamağı planlaşdırır. Estoniya prezidenti Toomas Xendrik İlves və baş nazir Andrus Ansip də bayram günlərində öz doğma məkanlarında qalıblar.

Ukrayna prezidenti Viktor Yanukoviç Yeni ili və provoslav Miladını öz böyük ailəsinin əhatəsində Ukraynada keçirəcək. Rusiya tandemi – Dmitri Medvedev və Vladimir Putin Yeni ili ailələri ilə qarşılayacaqlar, daha sonra isə xizək sürmək üçün Soçiyə yola düşəcəklər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar