Prezidentlər Temelina atom elektrik stansiyasını müzakirə edəcək
07 Dekabr 2009 Bazar Ertəsi 20:05
Dekabrın 11-də Obama-Medvedev görüşünün baş tutacağı gözlənilir
Dekabrın 11-də ABŞ prezidenti Barak Obamanın rusiyalı həmkarı Dmitri Medvedevlə görüşəcəyi gözlənilir. Həmin görüşdə nüvə tərksilahına dair sazişin imzalanacağı və "Temelina" atom elektrik stansiyası tikintisinin taleyinin həll ediləcəyi bildirilir.
“Mlada Fronta Dnes” qəzeti prezidentlərin Çexiya paytaxtında ehtimal edilən görüşü barədə məlumatı Ağ evə yaxın mənbəyə istinadla dərc edib.
Xatırladaq ki, 1991-ci ildə Buş və Qorbaçov tərəfindən imzalanmış “Start-1” sazişinin müddəti dekabrın 12-də başa çatır. Obama administrasiyası Çexiya və Polşada raketdənmüdafiə sistemi elementlərinin yerləşdirilməsi barədə qərar qəbul edəndən sonra yeni saziş bağlanması haqqında danışıqlar fəallaşıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: