Prezidentin qızından nazir müavininə korrupsiya ittihamı
02 Aprel 2013 Çərşənbə Axşamı 22:11
Gülnarə Kərimova "Twitter"də Rustam Azimovun 4 milyard dollar sərvətə sahib olduğunu yazıb
Özbəkistan prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimova ölkənin maliyyə nazirinin müavini korrupsiyada ittiham edir. ANS PRESS-in “Azadlıq radiosu”na istinadən verdiyi məlumata görə, Gülnarə Kərimova özünün Twitter hesabında yazır ki, nazir müavini Rüstəm Əzimov 4 milyard dollar sərvətə sahibdir və bu qədər pulu qanuni yollarla qazanmayıb.
Prezidentin sosial şəbəkədəki hesabında başqa istifadəçilərin də nazir müavininə ittiham dolu mesajlarını yayıb. Həmin mesajlarda Rüstəm Əzimov “pul yumağın ağıllı mexanizmini qurmuş saxtakar” adlandırılır.
Gülnarə Kərimova bundan əvvəl də sosial şəbəkədə Azimovu saxtakarlıqda ittiham etmişdi.
Qeyd edək ki, 55 yaşlı Rustam Azimov 2008-ci ildən bu yana Özbəkistanın maliyyə nazirinin müavinidir. Çoxları onun 75 yaşlı indiki president İslam Karimovun yerinə iddialı olduğunu deyir.
DOSTLARINLA PAYLAŞ: