Bu gün Fransa prezidenti Nikolya Sarkozi xəstəxanaya yerləşdirilib. ANS PRESS-in "İnterfaks"a istinadən verdiyi xəbərə görə, Sarkozi idmanla məşğul olan zaman özünü pis hiss edib.
Hadisə Sarkozinin Versaldəki iqamətgahında baş verib. Məşq zamanı 54 yaşlı prezidentin başı hərlənib. Bundan sonra onu tibbi baxışdan keçiriblər.
Hazırda Sarkozi xəstəxanada əlavə müayinələrdən keçir. /ANS PRESS/