Prezidentin helikopterinə milyard dollar xərcləndi
08 May 2014 Cümə Axşamı 21:55
Aviaparkın yeniləşdirilməsi üçün daha çox pul xərclənəcəyi vurğulanır.
Pentaqon Ağ Ev üçün yeni helikopterlərin layihələndirilməsi və istehsalı üçün “Sikorsky Aircraft” korporasiyası ilə saziş bağlayıb.
ANS PRESS-in məlumatına görə, sazişin ümumi məbləği 1,24 milyard dollardır, ancaq prezidentin aviaparkının yeniləşdirilməsi üçün daha çox pul xərclənəcəyi vurğulanır. Məlumata görə, Ağ Ev üçün 21 helikopter alınacaq.
İlkin müqavilə helikopterlərin 6 sınaq nümunəsinin və pilotlar üçün iki trenajerin yaradılmasını nəzərdə tutur.
Yeni helikopterlər S-92 modelinə əsaslanacaq və 2023-cü ilədək hazır olacaq.
DOSTLARINLA PAYLAŞ: