Prezidentin çıxışı zamanı insident yaşandı
24 May 2013 Cümə 02:27
Siz Ali baş komandansınız! Quantanamo həbsxanasını bu gün bağlaya bilərsiniz.
ABŞ prezidenti Barak Obamanın çıxışı zamanı insident yaşanıb. Vaşinqtonda Milli Müdafiə Universitetində çıxış edən Obama Quantanamodan xarici ölkə vətəndaşları olan məhkumların köçürülməsinə qoyulan qadağanın aradan qaldırıldığını bəyan etmək istərkən qəflətən bir qadın qışqırmağa başlayıb. “Code Pink” adlı qeyri-hökumət təşkilatının üzvü olan xanım “Siz Ali baş komandansınız! Quantanamo həbsxanasını bu gün bağlaya bilərsiniz” deyə qışqırıb.

Buna cavab olaraq prezident “Xanım, imkan verin çıxışımı bitirim. Elə özüm də bu haqda danışmaq istəyirəm” deyib. Lakin xanım Obamanın sözlərinə məhəl qoymayaraq onun çıxış etməsinə imkan vermirdi. Bundan sonra ABŞ prezidenti “Bu söz azadlığının aspektlərindən biridir: siz deyirsiniz, mənə də söz deməyə imkan verirsiniz” deyib və zaldakıların alqışlarını qazanıb.

Çox keçmədən mühafizə etirazçı xanımı zaldan çıxarıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar