Prezidentin cəsədini falçı axtaracaq
13 Yanvar 2010 Çərşənbə 16:25
Tasos Papadopulosun ötən il itmiş cəsədi hələ də tapılmayıb
Yunan Kiprinin keçmiş prezidenti Tasos Papadopulosun ötən il məzarından itmiş cəsədi hələ də tapılmayıb. Mərhum prezidentin övladları məzardan oğurlanan meyitin qalıqlarının tapılması üçün qeyri-adi addım atmağa hazırlaşır. Belə ki, prezident ailəsi tanınmış israilli parapsixoloq Uri Gellerdən kömək istəməyə hazırlaşır.

Qeyri-adi gücləri olduğunu deyən və "ağıl gücü ilə qaşıq bükərək" özünü tanıdan Geller artıq rum polisindən Papadopulosun məzarı və ətrafının fotolarını alıb.

Qeyd edək ki, Tasos Papadopulos 2003-2008-ci illərdə Yunan Kiprinə rəhbərlik edib. O, ötən il dekabrın 12-də 74 yaşında ikən ağciyər xərçəngindən dünyasını dəyişib. Onun cənubi Lekfoşadakı “Deftera” məzarlığındakı meyiti prezidentin ili ərəfəsində yoxa çıxıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar