Prezidentin andiçməsində zəlzələ oldu
11 Mart 2010 Cümə Axşamı 20:30
Prezidentin andiçməsində zəlzələ oldu. Çilidə 7,2 bal gücündə növbəti yeraltı təkan olub.
Çilidə yeni dövlət başçısı Sebastian Pineranın vəzifəsinin icrasına başlaması ilə əlaqədar parlamentdə təşkil olunan andiçmə mərasimində həyəcanlı anlar yaşanıb. Latın Amerikasından olan 7 dövlət başçısının iştirakı ilə keçirilən tədbir zamanı 7,2 bal gücündə zəlzələ baş verib. Milyarder dövlət başçısının şərəfinə təşkil olunmuş mərasimdə fasilə elan olunub. Yerli saatla 12:15-də yenidən keçirilən inauqurasiya mərasimi başa çatdıqdan sonra daha iki yeraltı təkan hiss olunub. Çilinin sahil regionlarında sunami təhlükəsi barədə xəbərdarlıq edilib.

Amerika Geoloji Araşdırmalar Mərkəzinin verdiyi məlumata görə, zəlzələ ocağı paytaxt Santiaqodan 124 kilometr cənub qərbdə 6,2 kilometr dərinlikdə qeydə alınıb.

Media qurumlarının verdiyi məlumatda isə ilkin olaraq heç bir insan itkisi qeydə alınmadığı bildirilib.

Sosialist Mişel Baçiletdən hakimiyyəti təhvil alan yeni prezident Pineranın andiçmə mərasimindən sonra fevralın 27-də Çilidə baş verən 8,8 bal gücündəki zəlzələdən zərərçəkənlərlə görüşmək üçün səfərə çıxacağı bildirilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar