Prezident zorlamada ittiham olunur
14 Dekabr 2009 Bazar Ertəsi 21:20
Robert Muqabenin ölkədə "zorlama kampaniyası"na start verdiyi bildirilir
Zimbabve müxalifəti ölkə prezidenti Robert Muqabeni zorlamadan siyasi terror kimi istifadə etməkdə günahlandırıb. “AİDS-siz dünya” Hüquq - Müdafiə Təşkilatı məlumat verir ki, Muqabenin gənc tərəfdarları ölkədə “düşünülmüş zorakılıq və işgəncə kampaniyası” həyata keçirir. Təşkilatın hesabatında 70 “siyasi zorlama”ya məruz qalmış qurban dəlil kimi göstərilir.

Prezident kampaniyası qurbanına çevrilmiş qadınlar oğurlanaraq döyüldüklərini və qrup şəklində zorlamaya məruz qaldıqlarını bildirir. Qurbanların ümumi sayı məlum deyil. Hüquq müdafiəçiləri onların yüzlərlə və hətta minlərlə ola biləcəyini güman edir.

İfadə verən qadınların 18-i iri müxalifət partiyalarından olan “Demokratik dəyişikliklər naminə hərəkat”da səlahiyyətli vəzifələr tutublar. Daha 47 nəfər isə hərəkətın fəal üzvlərindəndir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar