Prezident xataya düşüb
17 Dekabr 2009 Cümə Axşamı 03:50
Prezident qanunsuz uşağının olmadığını sübut etmək üçün üçüncü dəfə qan verəcək.
Paraqvay lideri Fernando Luqo DNT analizi üçün üçüncü dəfə qan verməyə razılaşıb. Analiz atalığın müəyyən edilməsi məqsədilə keçiriləcək.
Qadın iddia edir ki, Paraqvay prezidentinin seçki qərargahında işlədiyi vaxtlar Fernando Luqodan hamilə qalıb. Onun iki yaşlı oğlu var.
Fernando Luqo katolik keşişi olduğu dövrlərdə əlaqəsinin oluğu qadının uşağının ona məxsus olduğunu vaxtilə etiraf edibmiş. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: