Prezident xarabalıqda and içdi
15 May 2011 Bazar 01:43
Tanınmış musiqiçi Mişel Marteyi vəzifələrinin icrasına başladı
Haitinin yeni prezidenti Mişel Marteyi rəsmən vəzifələrinin icrasına başlayıb. Port-o-Prensdə 2010-cu il zəlzələsi zamanı dağılmış prezident sarayının qalıqlarının yaxınlığında and içən yeni prezident Haitini dəyişdirəcəyinə söz verib. 56-cı Haiti prezidentinin andiçmə məasimində çoxsaylı vətəndaşlar, parlamentin üzvləri, keçmiş prezident Rene Preval və 10-a yaxın ölkə prezidenti iştirak edib.

Mişel Marteyi tanınmış musiqiçidir, uzud müddət ABŞ-da yaşayıb. Diktaor Jak-Klod Düvalye rejimi devrildikdən sonra o Haitiyə qayıdıb və musiqi ilə məşğul olmağa başlayıb. 1989-2008-ci illərdə Mişel Marteyi 14 albom buraxıb. O, 1990-cı illərin əvvəllərindən siyasətə qoşulub.

Rene Prevalda Mişel Marteyiyə dağıdıcı zəlzələnin iqtisadi ziyan vurduğu ölkə qalıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar