Əfqanıstanda prezident seçkilərinə hazırlıq prosesinə üç mindən artıq uzunqulaq cəlb edilib. ANS PRESS-in “ABC News”ə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Əfqanıstandakı nümayəndəsi Key Eyde bildirib.
Heyvanların seçkilərdə xidməti təkcə yük maşınlarının deyil, hətta vertolyotların da uça bilmədiyi regionlarda yerləşən seçki məntəqələrinə seçki bülletenləri və qutularını daşımaqdan ibarət olacaq. Söhbət xüsusilə də Hindiquş dağ sistemindən gedir.
Xatırladaq ki, Əfqanıstanda prezident seçkiləri avqustun 20-ə planlaşdırılıb. /ANS PRESS/