Prezident sarayı önündə toplaşanlara atəş açıldı
13 Yanvar 2013 Bazar 17:17
Nəticədə bir neçə etirazçı və təhlükəsizlik qüvvələrinin əməkdaşı yaralanıb.
Misirin paytaxtı Qahirədə bir qrup silahlı şəxs prezident sarayının qarşısında düşərgə quran etirazçılara atəş açıb. Nəticədə bir neçə etirazçı və təhlükəsizlik qüvvələrinin əməkdaşı yaralanıb. Şahidlərin sözlərinə görə, hücum edənlər təxminən 30 nəfər olub və onlar odlu silahlardan atəş açmaqla yanaşı, çadırlara “Molotov kokteylləri” də atıblar.

Xatırladaq ki, etirazçılar dekabr ayının 4-dən etibarən prezident Məhəmməd Mursinin bir sıra qərarlarına etiraz olaraq, prezident sarayı yaxınlığında oturaq aksiya keçirir. İndiyədək edilən hücumlar zamanı 10-dan artıq insanın öldürüldüyü bildirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar