Prezident rəqiblərinə sərt cavab verdi
06 Dekabr 2009 Bazar 17:35
Prezident Mixail Saakaşvili: "Gürcüstan islahatlar yolundan dönməyəcək"
Gürcüstan siyasi və iqtisadə sahədə islahatların aparılması kursuna sadiq qalacaq. Belə bir bəyanatla bu gün Gürcüstan prezidenti Mixail Saakaşvili çıxış edib. «Gürcüstan demokratik dövlət kimi inkişaf etməkdə davam edir və biz islahatlar yolundan geri dönməyəcəyik», - deyə o vurğulayıb.

Bununla belə müxalifət partiyalarının liderləri bəyan edir ki, Saakaşvili demokratiya yolundan dönüb və ölkədə avtoritar üsul idarisini möhkəmləndirməyə çalışır.

Onlar hesab edir ki, Gürcüstanda demokratiya görüntü xarakteri daşıyır və Saakaşvilinin islahatlarla bağlı bəyanatları Qərbi aldatmaq məqsədi daşıyır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar