Prezident qızları İslama çağırdı
16 Noyabr 2009 Bazar Ertəsi 22:40
Liviya prezidenti Müammar Qəddafinin İtaliyadakı villasına 200 nəfər gözəl qız gətirilib
Liviya prezidenti Müammar Qəddafi müsəlmanlığa çağırışın yeni üsulunu tapıb. İtaliyaya sammitə dəvət olunan ölkə başçısının qaldığı villaya 18-35 yaş arası, boyu 170 sm olan 200 nəfər gözəl italiyalı qızlar gətirilib.
Qəddafinin villasına gələn qızlar öncə şənliyə dəvət olunduqlarını zənn edib. Lakin sonradan dəvətin əsl məqsədi məlum olub. Belə ki, Liviya prezidenti italiyalı qızlara qadının İslamda roluna dair məruzə oxuyub, sonda isə onlara İslamı qəbul etməyi təklif edib.
Qızların hər birinə “Qurani-Kərim”in nüsxələri və Qəddafinin kəlamlarından ibarət kitab hədiyyə edilib.
Qeyd edək ki, Qəddafinin mühafizə dəstəsində ona sadiq olan qızlar xidmət edir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: