Prezident övladlarına hücum olunub
16 Fevral 2014 Bazar 05:11
Hücum edən şəxlərin kimliyi müəyyən edilib.
Venesuela prezidenti Nikolas Maduro onun uşaqlarına hücum olunduğu haqda məlumat verib. Bu barədə ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, prezidentin sözlərinə görə, bir qrup insan onun ailəsinə hücum etmək üçün onun evinə yaxınlaşıb.
“Ailə-müqəddəsdir, uşaqlarımız-müqəddəsdir. Ancaq onlar mənim ailəmə hücum etmək üçün gəliblər. Onlar nifrət və dözülməzliklə dolu kiçik bir qrup idi”,-deyə Venesuela prezidenti bildirib.
O qeyd edib ki, həmin insanların kimliyi bəlli olub. Hazırda onlar prokurorluğa verilib. Məsələ araşdırılır.
DOSTLARINLA PAYLAŞ: